• (+994 55) 770 74 44
  • Bakı, Azərbaycan
    Sabit Rəhman küç. 50

3D KURSLAR

  • info@3dtexnologiya.az
  • (+994 55) 770 74 44
Bizim Istehsal
3D printer xidmətləri
3D skaner xidməti
3D maketlərin hazırlanması
3D modelinq
3D CNC (Frez)
3D prototipləşdirmə
2D və 3D animasiya, VFX
3D virtuallaşdırma VR AR

3D virtuallaşdırma VR AR

3D virtuallaşdırma xidmətləri

Virtuallaşdırma nədir?

Virtual, yəni qeyıri real aləm, rəqəmsal məkan anlayışna gəlir. Virtual aləm çox vaxt real aləmdə mövcud olan materiyanın bənzəri olur, məsələn, real aləmdə sizin evinizin ünvanına mənsub olan poçt qutusu olur və ora kağızdan ibarət məktublar və yaxud müəyyən bağlamalar gəlir, virtual aləmdə isə bunun bənzəri olaraq, sizin email ünvanınız olur və oraya elektron (virtual) məktublar şəkillər, müəyyən tipli fayllar göndərilir. Bu misalda reallıqda mövcud olan kağız məktubun elaktron olaraq virtuallaşdırılmasını açıq müşahidə edirik.

3D Virtuallaşdırma nədir?

Bu sualın cavabını Virtual şəhər misalmda izah edək.

Virtual şəhər deyildikdə şəhərin xüsusi avadanlıq, kompüter və proqramlar vasitəsi ilə mütəxəssislər tərəfindən 3-ölçülü, yəni həcmli şəkildə hazırlanmış modeli nəzərdə tutulur. Aşağıdakı sol şəkildə göstərilən şəhər adi xəritədə olduğu kimi «X», «Y» istiqamətləri üzrə 2-ölçülüdür. Sağ şəkildə isə «X», «Y» və «Z» istiqamətləri üzərində olan 3-ölçülü həcmli (virtual) şəhərdir. Şəkildə göründüyü kimi 3-cü ölçü olan «Z» istiqaməti şəhərə həcm verir.

3D virtuallaşdırmanın tədbiqi yönləri

1- Ticarət sahəsində istifadəsi və tətbiqi.

Bu günümüzdə Virtuallaşdırma bir çox istiqamətlərdə istifadə olunmaqdıdır, məsələn hansısa bir super-marketin sahibi öz marketini virtuallaşdırmaq və internetə yerləşdirmək qərarma gəlir və bu işlə məşğul olan studiyaya müraciət edir. Sifariş qəbul olunub işə start verilir. İlk öncə marketin zahiri və daxili görünüşü virtual olaraq hazırlanır, eyni zamanda marketdə satılan bütün məhsullar da xüsusi avadanlıqla virtuallaşdırılır. Marketin saytı yoxdursa sayt da hazırlanır. Ən sonda virtual market proqramlaşdırılır (yəni virtual marketdə gəzmək, müəyyən funksiyalardan istifadə etmək) və internet səhifəsinə yerləşdirilir.

Digital product photographs for ZCorpBeləliklə müştəri öz evində oturaraq həmin marketin saytna daxil olur, oradan virtual market proqramını öz kompyuterinə yükləyir, yüklədikdən sonra proqramı kompyuterinə yazır və proqramı açır. Proqramı açdıqda ilk olaraq marketi bayır tərəfdən müşahidə edir, marketə daxil olmaq üçün marketə yaxmlaşır (klaviatura və mausdan istifadə etməklə, oyunlardakı kimi) marketin qapısı açılır, biz marketi gəzir və müşahidə edir, yeni mallara və qiymətlərə baxıriq. Hətta hər hansı bir mala yaxınlaşıb üzərində mausun düyməsini sıxdıqda həmin mal haqqmda geniş məlumat alırıq, hansısa brendin yanından keçdikdə avtomatik olaraq həmin brend haqqmda səsli izahat eşidə bilərik. Əgər virtual marketin sifarişlə çatdırma xidməti varsa, proqram vasitəsi ilə dərhal hər hansı bir malın sifarişini etmək olar. Beləliklə, real həyatda mövcud olan super market virtuallaşdırılaraq onlayn virtual marketə çevrildi (internetlə bağlı olduğu üçün ona onlayn sözü əlavə olunur). Bu misalları çox çəkmək olar, onlayn virtual tanışlıq, onlayn virtual sərgilər, virtual muzeylər, virtual şəhərlər, avto-simulyatorlar, müxtəlif tipli onlayn oyunlar və s.

2 – Memarlıq (eksteryer, interyer, landşaft) sahəsində VR visuallaşdırma

 3 – Muzey tərtibatında

4 – Mühəndislik sahəsində

 5 Tibb sahəsində

VR AR Qalereya