• (+994 55) 770 74 44
  • Bakı, Azərbaycan
    Sabit Rəhman küç. 50

3D KURSLAR

  • info@3dtexnologiya.az
  • (+994 55) 770 74 44
Bizim Istehsal
3D printer xidmətləri
3D skaner xidməti
3D maketlərin hazırlanması
3D modelinq
3D CNC (Frez)
3D prototipləşdirmə
2D və 3D animasiya, VFX
3D virtuallaşdırma VR AR

2D və 3D animasiya, VFX

Qrafik 2D/3D animasiya Tv reklamlarında, təqdimatlarda və multiplikasiya filmlərində istifadə olunur.

VFX, Kino filmlərdə Visual efektlərin işlənilməsi.


Bizim hazırladığımız işlərdən biri (ssenari, rejiser işi, çəkilişlər, grafika, səsləndirmə, montaj)


Ümumiyətlə qrafik animasiyanı 2 növə bölmək olar:

2-ölçülü, adətən əlnən çəkilən və multiplikasiya üsulu ilə təsvir olunan (məs; köhnə multfilmlər).

3-ölçülü (3D) 3-ölçülü animasiya 2 növə bölmək olar 1-personajsız 2-personajlı animasiya.

Animasiyanın qiymət civarı:

3D animasiyanın 1 saniyəsinin qiymət civarı 20 – 250 azn təşkil edir.

Qiymət fərqi, personajlı yaxud personajsız olması, səhnələrdə modellərin sayından, sadə yaxud mürəkkəb olmasından və renderlərin növündən, keyfiyyətindən aslıdır. Həmçinin personajlı animasiya olacaqsa qiymət fərqi, personajların sayından, sadə yaxud mürəkkəb olmasından və hərəkətlərin həcmindən aslıdır.

Qeyd! Animasiyanın qiymətinə təsir edən digər amillər aşağıdakılardır:

1. animasiyanın xronometrajı (nə qədər davam edəcəyi) baxımından (xronometraj çox olduqca saniyəsinin qiyməti düşür)

2. animasiyanın hazırlanmasına verilən vaxt baxımından (hazırlanmasına nə qədər az vaxt verilərsə bir o qədər qiymət artır, əlavə işçi qüvvə cəlb olunur, 2 növbə iş rejimi, əlavə avadanlıq və s.)

3. Nadir hallarda qiymət daha yüksək ola bilər, məs. 10 saniyəlik bir 3D animasiya çarxında böyük real bir şəhər görüntüsü (çoxlu binalar, küçələr, avtomobillər), 10 larla personajlar (adamlar) mürəkkəb hərəkətlər edir (oynayırlar), real (canlıya yaxın, kino görüntüsü) render keyfiyyəti tələb olunduğu halda animasiyanın 1 saniyəsinin qiyməti 2-10 min azn ola bilər.