• (+994 55) 770 74 44
  • Bakı, Azərbaycan
    Sabit Rəhman küç. 50

3D KURSLAR

  • info@3dtexnologiya.az
  • (+994 55) 770 74 44
Bizim Istehsal
3D printer xidmətləri
3D skaner xidməti
3D maketlərin hazırlanması
3D modelinq
3D CNC (Frez)
3D prototipləşdirmə
2D və 3D animasiya, VFX
3D virtuallaşdırma VR AR

3D printer xidmətləri

3D çap və ya üç ölçülü çap nədir?
3d-texnologiya studiyası bütün bu terminləri anlamağa sizə kömək edəcək – tez bir zamanda fiziki obyektləri üçölçülü (həcmli), rəqəmsal fayıllar əsasında yaratmaq imkanını verir.

Tətbiqi sahələri: prototip mühəndis məhsullarının istehsalı, binaların və memarlıq strukturlarının maketlərinin hazırlanması, stomatologiya, ayaqqabı modelinqi, eksklüziv suvenirlərin və exponatların hazırlanması, hər-hansı bir dizayn art sahəsində modelin həcmli olaraq ortaya çıxması və s.

Hal-Hazırda şirkətimizdə 12 ədəd 3D printer mövcuddur. Buna görədə birçox sifarişləri tez bir zamanda gecikdirmədən reallaşdıra bilirik.

Aşağıda 3d printerlərin parametrləri və qiymətləri qeyd olunub. Qiymətlərə modelləmə və 3D skan qiyməti daxil deyil (yəni hazır 3d model faylına görə qiymət hesablanır). 3D modelləmə yaxud 3D skanın qiyməti modelin formasından aslıdır.

FDM 3D Printerin İşləmə prinsipi
1.75 mm qalınlığında ABS və yaxud PLA tipli plastik, sap şəklində 3D Printerin başlığına daxil olur və 180-260°C dərəcədə qızaraq əriyir. Daha sonra 0.4 mm nazikliyində yumşaq formada platformanın üzərinə çəkilir. 3D Printerin proqramı verilən modeli çox sayda laylara bölərək komanda 3D printerə ötürülür, və 3D printer modeli lay-lay X və Y istiqamətlərində çəkərək əridilən plastik kütləni platformaya çəkir. Hər çəkilən laydan sonra 3D printerin platforması 1.0 – 0.1 mm qədər Z istiqamətində aşağı düşür və 3d printerin başlığı növbəti layı çəkməyə başlayır.

Bizim FDM 3D Printerlərin imkanları və 3D çapın qiymətləri
Başlığın dəliyinin (nozzl) diametri 0.2 – 1.0 mm
Layların (Layer) qalınlığı 0.1 – 1.0 mm qədər
Çapın sahəsi (Build Size) 500x500x500 mm (125000 sm³).  Daha böyük modelləri bir neçə hissədən edib yapışdırmaq olar.

Çəkmə surəti (Motion Shaft Speed) 10-200 mm/saniyədə.

Qiymətin hesablanması ABS, PLA, HİPS, PETG (FDM Printer)

3D Printerdən çıxan plastik modellər əsasən çəkisinə görə hesablanır.
5 qrama qədər modelin qiyməti 1-qramı 1.7 manat
5 – 30 qrama qədər modelin qiyməti 1-qramı 0.8 manat (80qəp)
30 – 200 qrama qədər modelin qiyməti 1-qramı 0.4 manat (40 qəp)
200 – 1000 qrama qədər modelin qiyməti 1-qramı 0.3 manat (30 qəp)

1000 qramdan yuxarı sifarişlərin qiyməti danışıqlar əsasında təyin olunur.

NYLON-Carbon, ProFlex kimi çətin çap olunan materiallar 0.3 azn standart materiallardan bahadır.

4 rəngli çapın 1 qramı 1 azn təşkil edir.


Bizim SLA (DLP, LCD) 3D Printerin imkanları və 3D çapın qiymətləri

Layların (Layer) qalınlığı 0.025 – 0.1 mm qədər
Dəqiqlik XY: 0,0625 mm
Çapın sahəsi (Build Size) 228 x 128 x 230 mm (6732 sm³)

Qiymət (Standart fotopolimer plastik material)
10 qrama qədər modelin qiyməti 1-qramı 12 azn
10 – 20 qrama qədər modelin qiyməti 1-qramı 6.5 azn
20 – 70 qrama qədər modelin qiyməti 1-qramı 4.5 azn
70 – 250 qramdan yuxarı modelin qiyməti 1-qramı 2 azn

Qiymət (MUM material)
10 qrama qədər modelin qiyməti 1-qramı 17 azn
10 – 20 qrama qədər modelin qiyməti 1-qramı 12 azn
20 – 50 qrama qədər modelin qiyməti 1-qramı 7.0 azn
50 – 250 – qramdan yuxarı modelin qiyməti 1-qramı 5.0 azn

QeydSLA 3D printerdə 250 qramdan yuxarı sifarişlərin qiyməti danışıqlar əsasında təyin olunur.

SON İŞLƏR