Bizim Istehsal
3D printer xidmətləri
3D skaner xidməti
3D maketlərin hazırlanması
3D modelinq
3D CNC (Frez)
3D prototipləşdirmə
2D və 3D animasiya, VFX
3D virtuallaşdırma VR AR

3D skaner xidməti

3D Texnologiya studiyası real müxtəlif 3 ölçülü obyektlərin skan olması xidmətlərini göstərir. Biz sizin üçün müxtəlif konfiqurasiyalı real obyektlərin rəqəmsal olaraq üçölçülü modellərinin əldə olunmasını həyata keçiririk.

3D Skan nədir?
Üçölçülü və ya 3D skan- bu, real obyektin fiziki formasının rəqəmsal formaya obyektə toxunmadan çevrilmə prosesidir. Prosesin nəticəsi, obyektin səth poliqonları haqqında məlumat toplanan fayl şəklində obyektin üçölçülü modelidir. Fayl STL formatındadır, onu digər formatlara (OBJ, WRML, ASCII, 3ds, PLY, PTX və ya X) da çevirmək mümkündür və onu 3D modelləşdirmə və ya CAD-layihələndirməyə aid hər növ proqramlarla açmaq mümkündür.

3D skanerin tətbiqi
Üçölçülü skan xidmətlərinə insan həyatının müxtəlif sahələrində tələbat var. 3D skan xidmətlərinə daha çox müraciət edilir:

Təməl məhsul üçün orijinal texniki sənədləşmə olmadığında məmulatların, həmçinin cihazların, ehtiyyat hissələrinin və aksessuarların layihələndirilməsi;

1. Mürəkkəb formaların, o cümlədən bədii forma və qəliblərin səthlərinin 3D rəqəmsallaşması
2. Gələcəkdə obyektin RPİ (rəqəmsal proqramla idarə) dəzgahında və yaxud 3D printerdə istehsalı üçün obyektin üçölçülü modelinin yaradılması
3. Müxtəlif ortopedik qoruyucu cihazların yaradılması və yoxlanılması- insanın və bədəninin hissələrinin 3D çapı identik real şəxsin üçölçülü əkizinin alınmasının sürətli və təhlükəsiz üsuludur
4. Dəqiq surətlərin və ya obyektlərin surətlərinin yaradılması üçün

Üçölçülü skan monoxrom, eləcə də rəngli olunur. Skan olunmanın dəqiqliyi 1mm-dir. Obyektin 3D skan edilməsi nəticəsində onun STL formatında üçölçülü modeli əldə olunur. Sizin istəyinizi nəzərə alaraq, biz bu formatı digər formatlara çevirə bilərik. Həmçinin istəyinizlə modeldə dəyişiklik də mümkündür. Əgər bir neçə hissədən ibarət olan obyekti rəqəmsallaşdırmaq lazımdırsa, o zaman skan olunduqdan sonra onun üçölçülü modeli bir obyektdən ibarət olacaq. Biz, bütöv detalı onun tərkib hissələrinə ayıra bilərik və ya əksinə – müxtəlif detallardan bir obyekt yığa bilərik.

Sadəcə olaraq bizə zəng edin və ya elektron poçtumuza 3D skan vasitəsilə əldə etmək istədiyinizi ətraflı təsvir edən məktub göndərin. Və xahiş olunur ki, mütləq rəqəmsallaşdırılacaq obyektin şəklini əlavə edin, hətta adam olsa belə.

3D skanerin qiyməti bir neçə parametrdən asılıdır:

1. Obyektin fiziki ölçüsü
2. Detallaşdırma və obyektin formasının mürəkkəbliyindən
3. Skan və sonradan model üzərindəki işə sərf olunan vaxt