Bizim Istehsal
3D printer xidmətləri
3D skaner xidməti
3D maketlərin hazırlanması
3D modelinq
3D CNC (Frez)
3D prototipləşdirmə
2D və 3D animasiya, VFX
3D virtuallaşdırma VR AR

Aktiv Kurslarımız

AutoCADKURSLARI

Kurs haqqında ümumi məlumat
AutoCAD Autodesk firması tərəfindən hazırlanmış dünyanın ən aparıcı kompüter dəstəkli dizayn  proqramıdır. AutoCAD (CAD-Computer Aided Design)  proqramı istifadəçilərə 2 ölçülü texniki təsvirlər, cizgilər və 3 ölçülü modellər yaratmaq, şablonlar hazırlamaq kimi əlverişli imkanlar yaradır. Proqramdan texniki  rəssamlar, mühəndislər (elektrik, mexanika, inşaat və s.), CNC dəzgah operatorları istifadə edirlər.

Kursun üstünlükləri

Tələbələr kurs müddətində proqramla sərbəst işləmə bacarıqlarının əldə edilməsi üçün çoxlu sayda  nümunələr üzərində işləyir, cihaz və maşın hissələrinin modellənməsi, mexanizmlərin montaj əlaqələrinin verilməsi kimi praktiki biliklər əldə edəirlər. 

Kursun Proqramı

AutoCAD kursunda 2D drafting (cizgilər) ə 3D solid modelling (qatı modelləmə) istiqamətləri tədris edilir.
Mövzular:
1. Options – Ümumi sazlamalar, ölçü vahidi və miqyas;
2. Draw – 2 ölçülü cizgi komandaları;
3. Modify – Yerləşdirmə, çoxaltma və dəyişdirmə komandaları;
4. Annotation – Yazılar, ölçüləndirmə və işarələmə;
5. Cədvəllər:
6. Layers – Qatların hazırlanması, cizgilərin  filtrlənməsi;
7. Blocks – Xüsusi şablonları hazırlanması və  biləşdirilməsi;
8. Design center, toolpallets – Hazır şablonların,  blokların çağırılması;
9. Group – Cizgilərin qruplaşdırılıb bir yerə toplanması;
10. Clipboard – Cizgilərin kopyalanması, Microsoft office proqramları ilə mübadilə;
11. Parametric- həndəsi və ölçü əlaqələrinin qurulması;
12. Solid modeling – 3D qatı modellərin hazırlanması;
13. Surface modeling -Səthi modellərin hazırlanması;
14. Plot, Print – Çap işləri;
15. Converts – file mübadiləri, file formatının dəyişdirilməsi, başqa proqramla import və export.

Kursun müddəti: 2 ay – 24 saat (həftədə 2 dəfə 90 dəqiqə olmaqla)
Kursun qiyməti: 1 ay üçün ödəniş 180 AZN

 

Solidworks KURSLARI

Kurs haqqında ümumi məlumat 

Computer Aided Design (CAD) – Komputer dəstəkli dizayn proqramlarının ən geniş istifadə olunanlarından biri Solidworks proqramıdır. Solidworks günümüzdə mühəndislər tərəfindən ən çox  üstünlük verilən və  istehsal sektorunda bir çox tələblərə cavab verə biləcək üç ölçülü bir modelləmə proqramıdır. 

Kursun üstünlükləri

Tələbələr kurs müddətində proqramla sərbəst işləmə bacarıqlarının əldə edilməsi üçün çoxlu sayda nümunələr üzərində işləyir, cihaz və maşın hissələrinin modellənməsi, mexanizmlərin montaj əlaqələrinin verilməsi kimi praktiki biliklər əldə edəirlər. 

Kursun Proqramı

Solidworks kursu 3 əsas hissədən ibarətdir: Part, Assembly, Drawing.
1. Part bölməsində tədris olunan modullar:
1.1 Sketch – 2 ölçülü kontur xətlərinin hazırlanması;
1.2 Features – 3 ölçülü qatı modellərin hazırlanması;
1.3 Surfaces – 3 ölçülü səthi modellərin hazırlanması;
1.4 Sheet metal – metal listlərin kəsim, büküm və ştamplamaya hazırlanması;
1.5 Weldments – metal konstruksiya və qaynaq işləri;
1.6 Mold tool – plastik injeksiya qəliblərinin hazırlanması;
2. Assembly bölməsində tədris olunan modullar:
2.1 Mates (Standart, Advance, Mechanical) – həndəsi əlaqələr əsasında detalların birləşdirilib, kompleks qurğu, cihaz və avadanlıq kimi yığılması;
2.2 Exploding views – Yığılmış qurğuların sökülüb yığılması prosesinin canlandıdılması;
2.3 Basic Animation – Fiziki və mexaniki hərəkətləri tətbiq edib, qurğunun hərəkətə gətirilməsi.
3. Drawing bölməsində tədris olunan modullar:
3.1 Drawing – detalların görünüşlərinin hazırlanması, kəsiklərinin verilməsi;
3.2 Annotation – detalların görünüşləri üzərində ölçülərin, şərti işarələrin əlavə olunması;
3.3 Sketch – 2 ölçülü cizgilərin hazırlanması.

Kursun müddəti:  4 ay – 48 saat (həftədə 2 dəfə 90 dəqiqə olmaqla) 

Kursun qiyməti: 1 ay üçün ödəniş 250 AZN

 

 

 ArtCAM KURSLARI

Kurs haqqında ümumi məlumat

ArtCAM, aparıcı 3D relyef dizayn proqramdır. ArtCAM, ənənəvi metodlardan istifadə edərək ideyaları mümkün qədər daha sürətli hazır məhsullara çevirir.Proqram paketi CNC dəzgahlar
üçün idarəetmə proqramlarının hazırlanmasında aparıcı CAD / CAM həllərindən biridir. Taxta, plastik və s. istehsalında emal ardıcıllığının proqramlaşdırılması üçün istifadə olunur.

Kursun üstünlükləri

Tələbələr kurs müddətində proqramla sərbəst işləmə bacarıqlarının əldə edilməsi üçün həm nəzəri, həm də praktik məşğələlər keçir, çoxlu sayda nümunələr üzərində işləyir.

Kursun Proqramı

1. Proqram İnterfeysi
2. Mətn yazılarının, rastr və vektor qrafiklərinin işlənməsi üçün alətlər;
3. Modelin optimal kəsilməsini hesablamağa imkan verən mexanizmlər;
4. Kəsici trayektoriyanın optimallaşdırılması alqoritmləri;
5. Avtomatik rejimdə üst-üstə düşmələrin və konstruktor əlavələrinin formalaşdırılması alətləriu;
6. Vaxta qənaət edən “ekspress oyma” mexanizmləri;
7. Hərəkət trayektoriyasının optimallaşdırma texnologiyası.
8. Prosesə başlamazdan əvvəl emalın vizuallaşdırılması və modelləşdirilməsi mexanizmləri;
9. Mürəkkəb modelləmə
10. Postprosessor üçün 2D yolun yazılması
11. Postprosessor üçün 3D yolun yazılması
12. Mürəkkəb modelləmə
13. Postprosessor üçün 2D yolun yazılması
14. Postprosessor üçün 3D yolun yazılması

Kursun müddəti: 3 ay – 36 saat (həftədə 2 dəfə 90 dəqiqə olmaqla)

Kursun qiyməti: 1 ay üçün ödəniş 250 AZN